26 sentyabr 2026. Şənbə

Minifutbol millimiz Avropa çempionatı öncəsi Monteneqroya yollandı


  • Offside
  • 12:55 27.04.2026
  • Oxunma sayı: 158
Minifutbol millimiz Avropa çempionatı öncəsi Monteneqroya yollandı

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Hertseq Novi şəhərinə yola düşüb.

90deqiqe.Az xəbər verir ki, yığma Bakıda keçirilən bir həftəlik təlim-məşq toplanışını başa vurduqdan sonra hazırlıq planına uyğun olaraq Monteneqroda təşkil olunacaq mini-turnirdə iştirak edəcək.

Elşad Quliyev rəhbərliyi altında çıxış edən komanda bu yarış vasitəsilə son hazırlıq mərhələsini yekunlaşdırmağı planlaşdırır.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Bratislava şəhərində keçiriləcək.

 







Offside