- Offside
- 17:00 27.04.2026
Azərbaycanın aerobika gimnastları Çexiyada keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət “üçlük” çıxışını uğurla başa vuraraq yarışın qalibi olub.
Komandamız fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək qızıl medala sahib çıxıb. Yarışda Çexiya ikinci, Slovakiya isə üçüncü yeri tutub.