27 aprel 2026. Bazar ertəsi

Futzal I Liqasının final və 3-cü yer oyununun vaxtı müəyyənləşdi


  • Offside
  • 14:03 27.04.2026
  • Oxunma sayı: 6
Futzal I Liqasının final və 3-cü yer oyununun vaxtı müəyyənləşdi

Futzal üzrə Azərbaycan I Liqasında mövsümün həlledici görüşlərinin keçiriləcəyi tarix açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, mövsümə mayın 7-də yekun vurulacaq. Həmin gün saat 18:30-da “Olimpik Star”da “Baku Fire-2” və “Xan Lənkəran” komandaları üçüncü yer uğrunda üz-üzə gələcəklər.

Günün ikinci qarşılaşması isə saat 20:00-da baş tutacaq. Final matçında PFL və “Star Kargo” komandaları çempionluq uğrunda mübarizə aparacaqlar.







Offside