- Offside
- 17:00 27.04.2026
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş şotokan karate üzrə dünya çempionatı başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, yarışda ölkəmizi təmsil edən Ülvi Məmmədov böyüklər arasında -84 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Bununla yanaşı, veteranlar (35-45 yaş) kateqoriyasında çıxış edən Elnur Əliyev bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olub.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti çempionatda uğurla çıxış edərək ölkəmizi layiqincə təmsil edib.