28 aprel 2026. Çərşənbə axşamı

“Prezident Kuboku”nun Qarabağda keçirilməsi artıq ənənəyə çevrilib"


  • Offside
  • 21:21 27.04.2026
  • Oxunma sayı: 25
“Prezident Kuboku”nun Qarabağda keçirilməsi artıq ənənəyə çevrilib"

Sərsəng su anbarında “Prezident Kuboku – 5 il Qarabağda” devizi ilə mətbuat konfransı keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının rəhbər şəxsləri iştirak ediblər.

Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev çıxışında bildirib ki, “Prezident Kuboku” artıq Qarabağda beşinci dəfə ardıcıl olaraq keçirilir. Onun sözlərinə görə, İlham Əliyevin tapşırığı əsasında reqata ilk dəfə məhz Sərsəng su anbarında start götürüb.

Qeyd olunub ki, yarışın bu ərazidə təşkili regionda su idman növlərinin inkişafına yeni təkan verir, eyni zamanda Qarabağda beynəlxalq idman tədbirlərinin keçirilməsi ənənəsinin möhkəmlənməsinə xidmət edir.

Xatırladaq ki, 2022-ci ildən etibarən federasiya tərəfindən Qarabağda – Suqovuşan və Köndələnçay ərazilərində “Prezident Kuboku” beynəlxalq reqataları təşkil olunub. Bu il isə ilk dəfə olaraq beynəlxalq yarış Sərsəng su anbarından start götürüb.







Offside