28 aprel 2026. Çərşənbə axşamı

Azərbaycan minifutbol millisi dünya reytinqində ilk dəfə lider oldu


  • Offside
  • 22:46 27.04.2026
  • Oxunma sayı: 46
Azərbaycan minifutbol millisi dünya reytinqində ilk dəfə lider oldu

Minifutbol üzrə Azərbaycan milli komandası dünya reytinqində birinci pilləyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, Bu barədə Azərbaycan Minifutbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Dünya Minifutbol Federasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahının ilk pilləsində son dünya çempionatının qalibi olan Azərbaycan millisi qərarlaşıb.

Komanda 4 085 xal toplayaraq tarixində ilk dəfə bu uğura imza atıb.

Reytinq cədvəlində ikinci yerdə 3 890 xalla son Avropa çempionu Serbiya yer alıb. İlk üçlüyü isə 3 385 xalla Rumıniya millisi tamamlayıb.







Offside