- Offside
- 23:02 28.04.2026
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyası birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti idman yarışı keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə federasiyadan məlumat verilib.
Bildirilib ki, mayın 2–3-də Bakı şəhərində, Dənizkənarı Bulvar ərazisində yelkən idmanı üzrə “Prezident Kuboku” təşkil olunacaq.
Turnirdə federasiya ilə yanaşı, “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvləri də daxil olmaqla 30-dan çox idmançı qüvvəsini sınayacaq.
Yarışlar iki kateqoriya üzrə keçiriləcək. Belə ki, yeniyetmələr “Optimist”, gənclər isə “ILCA4” sinfi üzrə mübarizə aparacaqlar.
Qaliblər diplom və medallarla təltif olunacaqlar.
Qeyd edək ki, “Prezident Kuboku” Bakı Yaxt Klubu yaxınlığında təşkil ediləcək.