29 aprel 2026. Çərşənbə

“Bakı Marafonu 2026”: 25 min iştirakçı 42 km məsafədə yarışacaq


  • Offside
  • 14:57 28.04.2026
  • Oxunma sayı: 29
“Bakı Marafonu 2026”: 25 min iştirakçı 42 km məsafədə yarışacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü keçiriləcək “Bakı Marafonu 2026”ya böyük maraq var.

90deqiqe.Az xəbər verir ki, yarışda iştirak etmək üçün artıq 25 min nəfər qeydiyyatdan keçib.

Məlumata görə, marafonun start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş xətti isə Sea Breeze ərazisi olacaq.

Qeyd edək ki, Bakı Marafonu ilk dəfə 42 km məsafədə təşkil ediləcək. Yarış iştirakçıları qadın və kişi kateqoriyaları üzrə ilk üç yer uğrunda mübarizə aparacaqlar.







Offside