- Offside
- 23:49 28.04.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevir şəhərində gerçəkləşib.
Parad çərçivəsində əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevirdəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandalar Heydər Əliyev prospekti boyunca keçid ediblər.
Ardınca Dövlət Himni səsləndirilib, tədbir bədii proqramla davam etdirilib.
Paradda Azərbaycan təmsilçiləri ilə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən artıq idmançı iştirak edib.
Qeyd edək ki, yarışa ötən gün Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.