29 aprel 2026. Çərşənbə

“Baku Open 2026” start götürdü - 900-dən çox şahmatçı mübarizəyə qoşuldu


  • Offside
  • 19:41 28.04.2026
  • Oxunma sayı: 24
“Baku Open 2026” start götürdü  - 900-dən çox şahmatçı mübarizəyə qoşuldu

Bu gün Azərbaycan Şahmat Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.

90deqiqe.Az xəbər verir ki, yarışın ilk turu baş hakim Faiq Həsənov tərəfindən açıq elan olunub.

Məlumata görə, festival A, B və C olmaqla üç qrup üzrə keçirilir. Hər qrupda yarışlar İsveçrə sistemi əsasında 9 turdan ibarət təşkil olunur. Eyni zamanda festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları da oynanılır.

Yarış Bakı Kristal Zalında keçirilir. Festivalın rəsmi açılış mərasimi aprelin 30-na planlaşdırılıb.

Turnirdə 10 ölkədən 900-dən artıq şahmatçı mübarizə aparır. “Baku Open 2026”nın mükafat fondu 50 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, yarışda sabiq dünya çempionu Ruslan Ponomaryov, rapid üzrə dünya çempionu Danil Dubov, Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionu Xaqan Əhməd və digər şahmatçılar iştirak edirlər.







Offside