29 aprel 2026. Çərşənbə

“Coca-Cola” Koul Palmer ilə əməkdaşlığa başladı


  • Offside
  • 22:43 28.04.2026
  • Oxunma sayı: 22
“Coca-Cola” Koul Palmer ilə əməkdaşlığa başladı

"Coca-Cola" şirkəti "Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmer ilə əməkdaşlığa başladığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, İngiltərə millisinin üzvü brendin yeni reklam siması olub.

23 yaşlı futbolçu "Coca-Cola" və idman içkisi markası “Povereyd”in reklam kampaniyalarında iştirak edəcək.

Bildirilib ki, Palmer futbol azarkeşləri ilə qlobal səviyyədə əlaqəni gücləndirmək məqsədi daşıyan layihələrin bir hissəsi olacaq.

Şirkət nümayəndələri qeyd ediblər ki, bu əməkdaşlıq "Coca-Cola"nın gənc nəsil və geniş futbol auditoriyası ilə uzunmüddətli əlaqələrini daha da möhkəmləndirir.

Qeyd edək ki, Koul Palmer hazırda "Çelsi"nin əsas oyunçularından biridir. O, İngiltərə milli futbol komandasının heyətində 14 oyunda meydana çıxıb və 2 qol vurub.







Offside