- Offside
- 17:18 23.11.2024
2016-cı ildə Bakıda keçirilən Avropa Qran-prisinin səfiri Fernando Alonso tezliklə “Formula 1”ə dönəcəyi yönündə çıxan xəbərləri şərh edib.
Corner.az xəbər verir ki, 39 yaşlı ispaniyalı pilot “GPblog”a açıqlamasında yaxın zamanda belə bir addım atmaq niyyətində olmadığını söyləyib: “Ötən mövsümün axırında18 il yüksək səviyyədə çıxış etdikdən sonra çempionatı tərk etməyi qərar aldım. Hələlik heç nə dəyişməyib. “Formula 1” 365 gün diqqət tələb edir. Mən isə indi bir qədər dincələ bilirəm. İmkan düşən kimi dönüşüm barədə düşünəcəyəm”.
Qeyd edək ki, Fernando Alonso 2005 və 2006-cı illərdə “Formula 1”in, 2018-ci ildə “24 saat Le Man”ın qalibi olub. O, “Formula 1”i 2018-ci il mövsümünün sonunda tərk edib.