29 aprel 2026. Çərşənbə

FİBA-dan NBA və Avroliqa ilə bağlı açıqlama


  • Offside
  • 23:49 28.04.2026
  • Oxunma sayı: 30
FİBA-dan NBA və Avroliqa ilə bağlı açıqlama

Beynəlxalq Basketbol Federasiyası (FİBA) İsveçrədəki baş qərargahında NBA və Avroliqa nümayəndələri ilə keçirilən görüşün nəticələri ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə FİBA-nın mətbuat xidməti məlumat verib.

Açıqlamada bildirilir ki, görüş zamanı Avropa basketbolunun gələcəyi və mümkün əməkdaşlıq istiqamətləri barədə konstruktiv müzakirələr aparılıb. Tərəflər yaxın həftələrdə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Daha əvvəl də qeyd olunurdu ki, məqsəd beynəlxalq basketbol mühitini vahid sistemə gətirmək və 2000–2001-ci illərdə olduğu kimi Avropa basketbolunun Avroliqa və FİBA Suproligası arasında bölünməsi vəziyyətinin təkrarlanmamasıdır.







Offside