- Offside
- 23:05 30.04.2026
PSJ-nin qapıçısı Lük Şevalye cari mövsümün sonunda klubunu dəyişə bilər.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Nikola Şkira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O 24 yaşlı qolkiperin mövsüm ərzində Rusiya millisinin üzvü Matvey Safonovla rəqabətdə geridə qaldığı və komandanın ikinci qapıçısına çevrildiyinə və hazırkı vəziyyətindən narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib.
Qeyd edək ki, fransalı oyunçu ötən ilin yayında Paris klubuna transfer olunub və 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb.
Qapıçının bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
Cari mövsümdə Fransa çempionatında 17 oyuna çıxan Şevalye 13 qol buraxıb.