29 aprel 2026. Çərşənbə

İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb


  • Offside
  • 14:26 29.04.2026
  • Oxunma sayı: 45
İtaliyada iki medal qazanan avarçəkənlərimiz vətənə qayıdıb

İtaliyada keçirilən akademik avarçəkmə üzrə “Paolo d’Aloja” xatirə turnirində iki medal qazanan Azərbaycan avarçəkənləri vətənə qayıdıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışda uğurla çıxış edən komandamız 2 mükafatla yadda qalıb. Nurlan Paşayev–Ziya Məmmədzadə dueti 2 nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Azər İlyasov isə eyni məsafədə 1 nəfərlik qayıqda mübarizə apararaq üçüncü yeri tutub və bürünc medala sahib çıxıb.







Offside

Şevalye PSJ-dən ayrıla bilər
  • Offside
  • 12:11 29.04.2026
Şevalye PSJ-dən ayrıla bilər