29 aprel 2026. Çərşənbə

“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışlara xüsusi önəm verilir”


  • Offside
  • 14:30 29.04.2026
  • Oxunma sayı: 67
“İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışlara xüsusi önəm verilir”

İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının təşkili xüsusi diqqət mərkəzində saxlanılır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatası çərçivəsində çıxışı zamanı bildirib.

Nazir yarışın açılışından öncə bütün iştirakçılara uğurlar arzulayıb: “Hər kəsi böyük idman bayramı münasibətilə təbrik edirəm. Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək”.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan yarışda Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də yekunlaşacaq.







Offside

Şevalye PSJ-dən ayrıla bilər
  • Offside
  • 12:11 29.04.2026
Şevalye PSJ-dən ayrıla bilər