29 aprel 2026. Çərşənbə

“Prezident Kuboku-2026”: Azərbaycan ilk medalını qazandı


  • Offside
  • 16:00 29.04.2026
  • Oxunma sayı: 43
“Prezident Kuboku-2026”: Azərbaycan ilk medalını qazandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasında ilk qaliblər müəyyənləşib.

90deqiqe.Az-ın məlumatına görə, yarışın ilk mərhələsi Suqovuşanda keçirilib. Mübarizə zamanı Azərbaycan millisi də ilk medal sevincini yaşayıb.

Belə ki, 2008–2009-cu il təvəllüdlü idmançıların yarışında 1 nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə finişə ikinci çataraq gümüş medal qazanıb. Bu növdə qızıl medala Özbəkistan təmsilçisi Maksim İvliyev sahib çıxıb, bürünc mükafata isə Martin Vulf layiq görülüb.

Qaliblər medal və müxtəlif hədiyyələrlə təltif ediliblər.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparır.

Reqatanın növbəti iki mərhələsi Mingəçevirdə təşkil olunacaq. Turnirə mayın 1-də yekun vurulacaq.







Offside

Şevalye PSJ-dən ayrıla bilər
  • Offside
  • 12:11 29.04.2026
Şevalye PSJ-dən ayrıla bilər