30 aprel 2026. Cümə axşamı

Azərbaycan velosipedçisi “Tour of Bostonliq”da 4-cü yeri tutdu


  • Offside
  • 23:59 29.04.2026
  • Oxunma sayı: 26
Azərbaycan velosipedçisi “Tour of Bostonliq”da 4-cü yeri tutdu

10–14 may tarixlərində keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışına hazırlıq məqsədilə şose velosipedi üzrə milli komandamız Özbəkistanda təşkil olunan “Tour of Bostonliq” yarışında çıxışını başa vurub.

90deqiqe.Az xəbər verir ki, yarışın 163 km məsafəni əhatə edən 2-ci mərhələsi gərgin mübarizə və fotofinişlə yadda qalıb. Nəticələrə əsasən, yığma komandamızın üzvlərindən Tural İsrafilov 16-cı, Musa Mikayılzadə isə 18-ci yeri tutub.

1-ci mərhələdə finişə 4-cü çatan Musa Mikayılzadə iki günün yekun nəticələrinə görə ümumi təsnifatda 4-cü pillədə qərarlaşıb və ölkə reytinqinə 20 təsnifat xalı qazandırıb.







Offside