- Offside
- 01:01 30.04.2026
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo peşəkar karyerasında 970-ci qolunu vurub.
90deqiqe.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasının 30-cu turunda “Əl-Nəsr” – “Əl-Əhli” (2:0) matçının 76-cı dəqiqəsində fərqlənən 40 yaşlı forvard komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. Görüş Ər-Riyadda yerləşən “Al-Awwal Park” stadionunda keçirilib.
Ronaldu 2023-cü ildən “Əl-Nəsr”in şərəfini qoruyur. Cari mövsümdə onun hesabında Pro Liqada 26 oyunda 25 qol və 2 məhsuldar ötürmə var.
Qeyd edək ki, “Əl-Nəsr” hazırda 79 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda ən yaxın izləyicisi “Əl-Hilal”ı 8 xal qabaqlayır.