- Offside
- 15:35 30.04.2026
Azərbaycanın çimərlik futbolu millisi Bakıda təlim-məşq toplanışı çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.
90deqiqe.Az xəbər verir ki, komanda Belarus milli çimərlik futbol komandası ilə qarşılaşıb. Su İdmanı Sarayı-nda təşkil olunan görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Ramil Əliyev vurub.