- Offside
- 15:35 30.04.2026
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, yarışlar Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq və gün ərzində 9 mükafat sahibini tapacaq. Avarçəkənlər 500, 1000 və 1500 metr məsafələrdə mübarizə aparacaqlar. Saat 10:00-da yarımfinal, 12:00-da isə final yarışları start götürəcək.
Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən reqatada Azərbaycanla yanaşı 15-dən çox ölkədən 100-dən artıq idmançı iştirak edir. Yarışın son mərhələləri Mingəçevirdə davam edəcək və mayın 1-də yekunlaşacaq. Hazırda Azərbaycan millisinin aktivində 1 gümüş medal var.