22 avqust 2026. Şənbə

Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bilindi


  • Offside
  • 18:55 30.04.2026
  • Oxunma sayı: 188
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirində ilk rəqibləri bilindi

Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.

1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri "JudoTV" və "CBC Sport"dan canlı yayımlanacaq.

Kişilər

-60 kq, 1/8 final

Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə

-66 kq, 1/8 final

Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)

İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)

-73 kq, 1/8 final

Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə

+100 kq, 1/8 final

Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)

Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)







Offside

“Əl-Nəsr”dən darmadağın
  • Offside
  • 23:00 21.08.2026
“Əl-Nəsr”dən darmadağın