30 aprel 2026. Cümə axşamı

“Neftçi”-dən tarixi hesab, U-19 millisi “Baku Fire”ə uduzub


  • Offside
  • 19:35 30.04.2026
  • Oxunma sayı: 29
“Neftçi”-dən tarixi hesab, U-19 millisi “Baku Fire”ə uduzub

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, hər iki qarşılaşma “Olimpik Star”da baş tutub.

Günün ilk matçında "Neftçi" İK rəqibi "Şuşa" üzərində böyük hesablı qələbə qazanıb – 28:0. Qarşılaşma turnir tarixində diqqət çəkən nəticələrdən biri kimi qeydə alınıb.

Günün digər oyununda isə Azərbaycan U-19 futzal millisi "Baku Fire" komandasına 3:10 hesabı ilə məğlub olub. Qarşılaşmada “Baku Fire” oyunun böyük hissəsində üstünlüyü qoruyaraq inamlı qələbə əldə edib.

 







Offside