10 may 2026. Bazar günü

Elvin Kazımov “Thailand Arena Stadium Liqası”nda çempion oldu


  • Offside
  • 21:14 30.04.2026
  • Oxunma sayı: 156
Elvin Kazımov “Thailand Arena Stadium Liqası”nda çempion oldu

Gürcüstanda fəaliyyət göstərən  "Qafqaz Arena" İdman Assosiasiyasının yetirməsi Elvin Kazımov muaytay üzrə peşəkar liqalardan biri sayılan “Thailand Arena Stadium Liqası”nda uğurlu çıxış edib.

90deqiqe.Az xəbər verir ki, 10 ölkənin idmançılarının mübarizə apardığı yarışda Elvin Kazımov final qarşılaşmasında Avstraliyadan olan rəqibini məğlub edərək 1-ci yerə layiq görülüb.

Qələbə sayəsində idmançı beynəlxalq arenada növbəti uğuruna imza atıb. Onun əldə etdiyi nəticə hazırlıq səviyyəsi və yüksək əzmkarlığının göstəricisi kimi qiymətləndirilib.

Qeyd edək ki, “Thailand Arena Stadium Liqası” muaytay idman növü üzrə peşəkar səviyyədə təşkil olunan nüfuzlu yarışlardan biri hesab olunur.







Offside

Sinner Federer rekorduna çatdı
  • Offside
  • 23:54 09.05.2026
Sinner Federer rekorduna çatdı