1 may 2026. Cümə

Neymar “Palmeyras”la oyunu buraxacaq


  • Offside
  • 23:05 30.04.2026
  • Oxunma sayı: 62
Neymar “Palmeyras”la oyunu buraxacaq

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar yerli prinsipial qarşılaşmada “Palmeyras”a qarşı oynamayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı futbolçunun oyunu buraxmasına iki əsas səbəb var: yorğunluq və matçın keçiriləcəyi stadiondakı süni örtük.

Daha əvvəl yayılan xəbərlərdə qeyd olunurdu ki, Neymar dünya çempionatı ərəfəsində zədə riskini azaltmaq məqsədilə süni örtüklü meydanlardan uzaq durmağa üstünlük verir.

“Palmeiras” və “Santos” komandaları Braziliya çempionatı çərçivəsində şənbədən bazara keçən gecə üz-üzə gələcəklər.

Qeyd edək ki, Neymarın əsas hədəfi 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində çıxış etməkdir. Lakin yaz aylarında komandanın baş məşqçisi Karlo Ançelotti onu yığmaya dəvət etməyib.







Offside