- Offside
- 01:59 03.05.2026
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) may ayı üçün reytinq siyahısı açıqlanıb.
90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarının siyahıdakı mövqeləri dəqiqləşib. Belə ki, Şəhriyar Məmmədyarov 2717 reytinq xalı ilə 26-cı pillədə qərarlaşıb.
Digər təmsilçilərdən Teymur Rəcəbov (2689) 39-cu, əmsalını 2665-ə yüksəldən Aydın Süleymanlı 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) isə 90-cı sırada yer alıb.
Qadın şahmatçılar arasında ən yaxşı nəticə Ülviyyə Fətəliyevaya məxsusdur. O, 2450 xalla 25-ci pillədə qərarlaşıb. Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) isə 94-cü yerdədir.
Qeyd edək ki, kişilərin reytinq siyahısına norveçli Maqnus Karlsen (2840), qadınların siyahısına isə çinli Hou Yifan (2596) başçılıq edir.