1 may 2026. Cümə

Azərbaycan millisi Belarus üzərində qələbə qazandı


  • Offside
  • 12:59 01.05.2026
  • Oxunma sayı: 44
Azərbaycan millisi Belarus üzərində qələbə qazandı

Bakıda təlim-məşq toplanışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama görüşünə çıxıb.

90deqiqe.Az xəbər verir ki, yığmamız ikinci yoldaşlıq oyununda Belarus millisi ilə üz-üzə gəlib. Su İdmanı Sarayında keçirilən qarşılaşma komandamızın üstünlüyü ilə yadda qalıb.

Gərgin və baxımlı mübarizə şəraitində keçən oyunda Azərbaycan millisi rəqibini 4:3 hesabı ilə məğlub edib.

Komandamızın heyətində qolları Ramil Əliyev, İsa Zeynallı, Bayram Bayramlı və Sahib Məmmədov vurublar.

Qeyd edək ki, bu oyun yığmamızın təlim-məşq toplanışı çərçivəsində hazırlıq səviyyəsinin yoxlanılması baxımından əhəmiyyətli olub.







Offside