1 may 2026. Cümə

“Prezident Kuboku-2026”da mükafatlandırma mərasimi keçirildi


  • Offside
  • 15:55 01.05.2026
  • Oxunma sayı: 31
“Prezident Kuboku-2026”da mükafatlandırma mərasimi keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026” beynəlxalq reqatasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə fəxri kürsüyə yüksələn idmançılara medallar və müxtəlif hədiyyələr təqdim olunub. Mərasim yüksək təşkilatçılığı və bayram ab-havası ilə yadda qalıb.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə milli komandamız uğurlu çıxış edərək ümumilikdə 9 medal qazanıb.







Offside