1 may 2026. Cümə

Bakı-Xankəndi veloyarışı “Eurosport” və “Euronews”da tanıdılır - - VİDEO


  • Offside
  • 17:15 01.05.2026
  • Oxunma sayı: 41
Bakı-Xankəndi veloyarışı “Eurosport” və “Euronews”da tanıdılır   -   - VİDEO

Mayın 10-14-də keçiriləcək Bakı–Xankəndi Azərbaycan Velosiped Yarışı ilə bağlı təqdimat videoçarxı beynəlxalq auditoriyaya təqdim olunub.

90deqiqe.Az xəbər verir ki, videoçarxın “Eurosport” və “Euronews” telekanallarında nümayişinə başlanılıb.

Tanıtım materialında yarış haqqında ümumi məlumat, mərhələlər, həmçinin velosipedçilərin keçəcəyi marşrut və ərazilər əksini tapıb.

Qeyd edək ki, nüfuzlu yarışda 1 Dünya Turu komandası, 4 Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığması iştirak edəcək. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyasına aid edilən turnir yüksək rəqabət və maraq vəd edir.

Beş mərhələdən ibarət olacaq yarışın proqramı belədir:

I mərhələ (10 may)
“Sea Breeze Resort”dan start götürəcək iştirakçılar Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finişə çatacaqlar – 158,4 km

II mərhələ (11 may)
Bakı – Şamaxı – İsmayıllı – 193,3 km

III mərhələ (12 may)
Qəbələ – Oğuz – Şəki – Mingəçevir – 162,9 km

IV mərhələ (13 may)
Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan – 152,8 km

V mərhələ (14 may)
Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi – 181,5 km

Bakı–Xankəndi veloyarışının ölkəmizin idman turizminin təbliği və beynəlxalq arenada tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanır.







Offside