1 may 2026. Cümə

Azərbaycan idmançılarının may reytinqi açıqlandı - siyahıya Həsrət Cəfərov başçılıq edir


  • Offside
  • 17:32 01.05.2026
  • Oxunma sayı: 31
Azərbaycan idmançılarının may reytinqi açıqlandı  - siyahıya Həsrət Cəfərov başçılıq edir

Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üzrə reytinq cədvəli açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahının zirvəsində ötən ay Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov qərarlaşıb. O, 480 xalla birinci pillədə yer alıb.

Qitə birinciliyinin digər qalibi, sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla ikinci olub. Avropa çempionatında gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev isə 420 xalla ilk üçlüyü tamamlayıb.

Reytinq cədvəlində növbəti pillələrdə Zelim Kotsoyev (390 xal), Elcan Hacıyev (370 xal), Səidcəmşid Cəfərov (350 xal), Murad Əhmədiyev (330 xal), Zelim Tçkayev (320 xal), Ülvü Qənizadə (300 xal) və yenidən Murad Əhmədiyev (270 xal) yer alıblar.

Qeyd edək ki, reytinq siyahısı idmançıların beynəlxalq yarışlardakı çıxışlarına əsasən tərtib olunur.







Offside