- Offside
- 22:01 01.05.2026
Mayın 2-də start götürəcək 17 yaşadək (U-17) oğlan və qız boksçular arasında "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 idmançı mübarizə aparacaq.
Bu barədə 90deqiqe.Az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Bakı Boks Mərkəzində keçiriləcək ənənəvi yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda iştirak edəcək.
185 boksçunun qatılacağı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. "Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də baş tutacaq.
Yarışın ilk günündə, saat 15:00-da açılış mərasimi təşkil olunacaq, ardınca döyüşlər başlayacaq.
Qeyd edək ki, "Heydər Əliyev kuboku-2026″nın supervayzeri Pavlo Vasilinçuk (Ukrayna), baş hakimi Anar Babanlı olacaq.