- Offside
- 22:01 01.05.2026
Norveçin "Budyo Qlimt" klubu Avropa futbolunda nüfuzunu daha da yüksəltmək məqsədilə yeni, daha böyük və müasir stadion tikintisinə hazırlaşır.
90deqiqe.Az xəbər verir ki, layihə Skandinaviya ölkələrinə xas ekoloji yanaşma ilə həyata keçiriləcək. Planlara əsasən, arena əsasən ekoloji cəhətdən təmiz materiallardan inşa olunacaq, tribunalar isə plastik əvəzinə ağac materialı ilə hazırlanacaq.
Son mövsümdə Avropa arenalarında diqqət çəkən çıxışı ilə yadda qalan klubun rəhbərliyi stadion layihəsinə 110 milyon avro sərmayə qoyacağını açıqlayıb. Bununla belə, layihənin miqyasının genişliyi səbəbindən bu məbləğin kifayət etməyəcəyi istisna edilmir.
Yeni stadionun əsas xüsusiyyətlərindən biri də tam qapalı dam sisteminə malik olmasıdır. Bu addım Norveçin sərt və dəyişkən iqlim şəraitinə uyğunlaşdırma məqsədi daşıyır.
Layihə reallaşacağı təqdirdə, "Budyo Qlimt”in yeni arenası regionun ən müasir futbol stadionlarından biri olacaq.