3 may 2026. Bazar günü

Messi fərqlənsə də, “İnter Mayami” evdə məğlub oldu


  • Offside
  • 13:01 03.05.2026
  • Oxunma sayı: 30
Messi fərqlənsə də, “İnter Mayami” evdə məğlub oldu

ABŞ-ın MLS çempionatında növbəti turun oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, “İnter Mayami” doğma meydanda “Orlando Siti” ilə üz-üzə gəlib. Gərgin və bol qollu keçən qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçın qəhrəmanı qonaqların hücumçusu Martin Ojeda olub. O, 39, 68 və 78-ci dəqiqələrdə fərqlənərək het-trik müəllifi kimi yadda qalıb. “Orlando”nun digər qolunu isə əlavə olunmuş vaxtda (90+3) Tayriz Spayser vurub.

Meydan sahiblərinin heyətində isə qolları 4-cü dəqiqədə Yan Frey, 25-ci dəqiqədə Telasko Seqoviya və 33-cü dəqiqədə ulduz futbolçu Lionel Messi qeydə aldırıblar.

11 oyundan sonra hesabında 19 xal olan “İnter Mayami” Şərq Konfransının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Orlando Siti” isə 10 xalla 13-cü yerdədir.

Növbəti turda “İnter Mayami” mayın 9-da səfərdə "Toronto" ilə qarşılaşacaq. “Orlando Siti” isə səfərdə "Montreal" ilə münasibətlərinə aydınlıq gətirəcək.







Offside