- Offside
- 20:59 03.05.2026
Azərbaycanın cüdo millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirini uğurla başa vurub.
90deqiqe.Az xəbər verir ki, yarışın son günündə millimizin üzvləri Camal Qamzatxanov (+100 kq) və Uşaqni Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Bununla da yığmamız turniri ümumilikdə üç bürünc medalla başa vurub. Daha əvvəl isə Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlmişdi.