4 may 2026. Bazar ertəsi

Neymar məşqdə komanda yoldaşını vurdu - “Santos”da qalmaqal


  • Offside
  • 10:00 04.05.2026
  • Oxunma sayı: 29
Neymar məşqdə komanda yoldaşını vurdu  - “Santos”da qalmaqal

Braziliyanın “Santos” klubunda keçirilən məşq zamanı xoşagəlməz hadisə baş verib.

90deqiqe.Az xəbər verir ki, komandanın ulduz futbolçusu Neymar ilə gənc oyunçu Robinyo Junior arasında mübahisə davaya çevrilib.

18 yaşlı futbolçunun bir epizodda driblinqlə Neymardan keçməsi təcrübəli hücumçunun narazılığına səbəb olub. Neymar bu hərəkəti hörmətsizlik kimi qiymətləndirərək həmkarından daha sadə oynamağı tələb edib.

Bu xəbərdarlıqdan sonra tərəflər arasında gərginlik artıb və mübahisə fiziki qarşıdurmaya keçib. Neymarın rəqibinin üzünə zərbə endirdiyi, nəticədə Robinyo Juniorun yerə yıxıldığı bildirilir.

Hadisədən sonra gənc futbolçunun nümayəndələri klub rəhbərliyinə rəsmi şikayət ünvanlasalar da, Santos hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd olunur ki, insidentdən sonra Neymar məşq meydançasında Robinyo Juniorla danışaraq emosional davranışına görə üzr istəyib. İddialara əsasən, tərəflər arasında problem artıq həllini tapıb.

Xatırladaq ki, Robinyo Junior Braziliya millisinin və  “Real Madrid” klubunun sabiq futbolçusu Robinhonun oğludur.







Offside