- Offside
- 18:27 04.05.2026
Türkiyənin aparıcı media qurumları — "A Haber" və "Sabah" Azərbaycan İdman Akademiyasında (ASA) olublar.
ASA-dan 90deqiqe.Az-a verilən məlumata görə, media nümayəndələri Akademiyanın fəaliyyəti ilə yaxından tanış olaraq xüsusi reportaj hazırlayıblar. Süjetdə ASA-nın elmi-tədqiqat istiqamətləri, müasir tədris imkanları və beynəlxalq əməkdaşlıqları geniş şəkildə işıqlandırılıb.
Reportaj çərçivəsində Akademiyanın rektoru Fuad Hacıyev, prorektoru Ülkər Babayeva və digər əməkdaşlar müsahibə veriblər. Onlar çıxışlarında tədris prosesində tətbiq olunan yeniliklər, tələbələr üçün yaradılan şərait və idman elminin inkişafına yönəlmiş layihələr barədə ətraflı məlumat təqdim ediblər.
Qeyd olunub ki, hazırlanmış süjet yaxın günlərdə Türkiyə ictimaiyyətinə təqdim ediləcək.