4 may 2026. Bazar ertəsi

Bakıda çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli oldu


  • Offside
  • 11:29 04.05.2026
  • Oxunma sayı: 26
Bakıda çövkən üzrə dünya çempionatının bütün iştirakçıları bəlli oldu

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının bütün iştirakçıları müəyyənləşib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) 90deqiqe.Az-a bildirilib, bu barədə Beynəlxalq Çövkən Federasiyası məlumat yayıb. Bildirilib ki, son olaraq turnirə xüsusi dəvət əsasında Küveyt yığması da qatılacaq.

Beləliklə, iyunun 7-dən 13-dək Binə Atçılıq Mərkəzində keçiriləcək mundialda təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa və Malta, Afrika təmsilçiləri Nigeriya və Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, həmçinin Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.

Qeyd edək ki, mötəbər turnirin Bakıda keçirilməsi çövkən idman növünün beynəlxalq səviyyədə təbliği baxımından mühüm əhəmiyyət daşıyır.







Offside