- Offside
- 18:27 04.05.2026
Azərbaycan milli kəndirlə mübarizə komandası Türkiyədə keçirilən “Turan Kuboku” beynəlxalq turnirində uğurlu nəticələr əldə edib.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a bildirilib ki, Mersin şəhərində təşkil olunan yarışda millimiz gənclər və böyüklər arasında qarışıq (3 qız + 3 oğlan) kateqoriyada bütün rəqiblərini geridə qoyaraq birinci yerə yüksəlib.
Bununla yanaşı, Azərbaycan komandası ümumi komanda hesabında da yüksək nəticə göstərərək ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu nəticə Azərbaycan kəndirlə mübarizə idmançılarının beynəlxalq arenada artan uğurlarının növbəti göstəricisi kimi qiymətləndirilir.