4 may 2026. Bazar ertəsi

“Qarabağ”ın U-16 komandası beynəlxalq turnirdə mübarizə aparacaq


  • Offside
  • 17:26 04.05.2026
  • Oxunma sayı: 34
“Qarabağ”ın U-16 komandası beynəlxalq turnirdə mübarizə aparacaq

“Qarabağ”ın U-16 komandası Deurne şəhərində təşkil olunacaq “U16 Charity Cup” turnirində çıxış edəcək.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, mayın 13-15-də Deurne Sportpark İdman Mərkəzində keçiriləcək yarışda Avropanın müxtəlif ölkələrindən 12 komanda mübarizə aparacaq.

C qrupunda yer alan Azərbaycan təmsilçisi Belçikanın Anderlecht, Niderlandın Ajax və turnirin ev sahibi Robinstein klubları ilə qarşılaşacaq.

Turnirdə həmçinin Almaniyanın Borussia Dortmund, Fransanın Lille OSC və Belçikanın Genk kimi klubları da iştirak edəcək.

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar və ən yaxşı nəticə göstərən iki üçüncü yer sahibi 1/4 final mərhələsinə vəsiqə qazanacaq.

Xatırladaq ki, “Qarabağ” turnirdən öncə mayın 12-də Başakşehir FK ilə İstanbulda yoldaşlıq oyunu keçirəcək.







Offside