- Offside
- 23:25 04.05.2026
İsveçrəli tennisçi, ATP reytinqində 125-ci pillədə qərarlaşan Stan Vavrinka karyerasını başa vuracağı turniri açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 41 yaşlı tennisçi oktyabrın 26-da start götürəcək yarışda iştirak edəcək və məhz doğma turnirdə peşəkar karyerasına son qoyacaq.
Qeyd edək ki, Vavrinka karyerası ərzində üç “Böyük Dəbilqə” turnirinin qalibi olub və dünya reytinqində üçüncü yerə qədər yüksəlib. O, daha əvvəl 2026-cı mövsümün onun üçün son mövsüm olacağını açıqlamışdı.
Bundan əlavə, “Roland Qarros” turnirində təşkilatçılar isveçrəli tennisçinin karyerasının başa çatmasına həsr olunmuş xüsusi mərasim keçirməyi planlaşdırır.