5 may 2026. Çərşənbə axşamı

Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar


  • Offside
  • 12:37 05.05.2026
  • Oxunma sayı: 24
Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar

Gürcüstanda keçirilən "Georgian Liga Open" turniri Azərbaycan taekvondoçuları üçün uğurlu nəticələrlə yadda qalıb.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Yarışda ölkəmizi təmsil edən idmançılar ümumilikdə dörd medal əldə ediblər. Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb. Eyni yaş kateqoriyasında Yunis Həşimli (24 kq) və Əli Əliyev (taekvondoçu, 27 kq çəki dərəcəsi"] bürünc mükafat qazanıblar.

Yeniyetmələr arasında keçirilən yarışda isə Zaur Rəsulzadə (45 kq) üçüncü yeri tutaraq fəxri kürsünün son pilləsinə yüksəlib.







Offside