5 may 2026. Çərşənbə axşamı

14 yaşadək voleybolçular üçün təlim-məşq toplanışına start verilib


  • Offside
  • 13:13 05.05.2026
  • Oxunma sayı: 39
14 yaşadək voleybolçular üçün təlim-məşq toplanışına start verilib

Azərbaycanda seleksiya yolu ilə müəyyənləşdirilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışı başlayıb.

90deqiqe.Az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində keçirilir. Bir ay davam edəcək toplanışa ümumilikdə 16 idmançı cəlb olunub.

Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir.

Bildirilib ki, toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması planlaşdırılır.

Qeyd edək ki, proqram çərçivəsində idmançıların həm fiziki, həm də texniki hazırlığının artırılması istiqamətində məşqlər keçirilir.







Offside