- Offside
- 22:07 05.05.2026
Azərbaycan idmançısı Nurlana Cəfərova Qazaxıstanın Almatı şəhərində keçirilən ISSF Dünya Kubokunda uğurlu çıxışı ilə diqqət çəkib.
Azərbaycan Atıcılıq Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qadınlar arasında dairəvi stend növündə mübarizə aparan təmsilçimiz yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıb.
O, yarış boyunca sabit performansı və dəqiq atışları ilə seçilərək həlledici mərhələyə yüksəlməyi bacarıb.