5 may 2026. Çərşənbə axşamı

Bakıda UFC gecəsinin əsas döyüşü bəlli olub


  • Offside
  • 15:59 05.05.2026
  • Oxunma sayı: 21
Bakıda UFC gecəsinin əsas döyüşü bəlli olub

Bakıda keçiriləcək UFC Fight Night turnirinin əsas döyüşü rəsmən açıqlanıb.

Bu barədə 90deqiqe.Az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Gecənin mərkəzi qarşılaşmasında Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torres ilə üz-üzə gələcək. Yüngül çəki dərəcəsində baş tutacaq döyüşdə tərəflər münasibətlərə aydınlıq gətirəcəklər.

Turnirin ikinci əsas görüşündə isə ulduz döyüşçü Şarabutdin Maqomedov (Rusiya) ilə braziliyalı Miçel Pereyra arasında orta çəkidə maraqlı qarşılaşma gözlənilir.

Qeyd edək ki, Rafael Fiziyev (13 qələbə, 5 məğlubiyyət) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə qayıtmağı hədəfləyir. Onun rəqibi Manuel "Loco" Torres (17-3) isə UFC-də qazandığı bütün qələbələri nokautla əldə edib və 100 faiz finiş göstəricisinə malikdir.

Xatırladaq ki, turnir iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək.







Offside