5 may 2026. Çərşənbə axşamı

Qadın voleybol millisi Avropa Liqasına hazırlığa başlayıb


  • Offside
  • 16:48 05.05.2026
  • Oxunma sayı: 35
Qadın voleybol millisi Avropa Liqasına hazırlığa başlayıb

Qadınlardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıq prosesinə start verib.

Azərbaycan Voleybol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, komanda ilkin mərhələdə fiziki hazırlıq üzrə məşqlər keçib. Bu gündən etibarən isə yığma Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində geniş heyətlə əsas hazırlıq mərhələsinə başlayıb.

Təlim-məşq prosesinə ümumilikdə 26 voleybolçu cəlb olunub. Komandaya baş məşqçi Faiq Qarayev rəhbərlik edir.

Hazırlıq proqramına uyğun olaraq, millinin Bakıda və ölkə xaricində təlim-məşq toplanışlarında iştirakı, həmçinin bir sıra yoxlama oyunları keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Avropa Liqasında yığmamızın ilk oyunları iyunun 5-7-də Bakıda keçiriləcək.







Offside