5 may 2026. Çərşənbə axşamı

Azərbaycan minifutbol millisi “Millətlər Liqası”nın qalibi oldu


  • Offside
  • 19:09 05.05.2026
  • Oxunma sayı: 31
Azərbaycan minifutbol millisi “Millətlər Liqası”nın qalibi oldu

Azərbaycanın minifutbol millisi Monteneqronun ev sahibliyi etdiyi “Millətlər Liqası” turnirinin qalibi olub.

90deqiqe.Az xəbər verir ki, yığma komanda Qazaxıstan və Monteneqro milli komandalarının iştirakı ilə keçirilən yarışda bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və turnirin qalibi adını qazanıb.

Azərbaycan milli minifutbol komandası üzvləri fərdi göstəricilərlə də fərqləniblər. Belə ki, Vəli Qafarov turnirin ən yaxşı qapıçısı seçilib, İsa Atayev isə ən məhsuldar futbolçu adına layiq görülüb.

Qeyd edək ki, yarış Millətlər Liqası çərçivəsində Monteneqroda keçirilib.







Offside