- Offside
- 22:07 05.05.2026
Azərbaycan Basketbol Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, final seriyasının üçüncü oyununda “Abşeron Lions” üzərində qələbə qazanan “Sabah” ardıcıl dördüncü dəfə ölkə çempionu olub.
Bakı İdman Sarayında keçirilən görüşdə “bayquşlar” rəqibini 108:95 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıblar.
Seriyanın əvvəlki iki matçında da üstün tərəf “Sabah” olub – 98:93 və 112:84.
Beləliklə, final seriyasında üç qələbə qazanan Sabah Basketbol Klubu çempionluğunu rəsmiləşdirib, “Abşeron Lions” isə gümüş medallarla kifayətlənib.
Qeyd edək ki, reqlamentə əsasən, final seriyasında üç qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi sayılır.