5 may 2026. Çərşənbə axşamı

Azərbaycan cüdoçuları 37 ölkənin qatıldığı turnirdə qüvvəsini sınayacaq


  • Offside
  • 22:07 05.05.2026
  • Oxunma sayı: 36
Azərbaycan cüdoçuları 37 ölkənin qatıldığı turnirdə qüvvəsini sınayacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 8-10 mayda Qazaxıstanın paytaxtı Astanada Böyük Dəbilqə turniri keçiriləcək.

90deqiqe.Az xəbər verir ki, yarışda 7 çəki dərəcəsində Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) mübarizə aparacaq. İdmançılarımıza kişilərdən ibarət yığma komandanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.

Dünya Cüdo Turuna daxil olan turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.

Heyəti təqdim edirik:

Kişilər:

-66 kq

Rəşad Yelkiyev

Turan Bayramov

-73 kq

Rəşid Məmmədəliyev

-90 kq

Aslan Kotsoyev

+100 kq

Camal Feyziyev

Uşanqi Kokauri

Qadınlar:

-48 kq

Könül Əliyeva

Şəfəq Həmidova

-52 kq

Gültac Məmmədəliyeva

Leyla Əliyeva

-70 kq

Südabə Ağayeva.







Offside