6 may 2026. Çərşənbə

Azərbaycan Avropa Kubokunda 26 cüdoçu ilə təmsil olunacaq


  • Offside
  • 14:15 06.05.2026
  • Oxunma sayı: 7
Azərbaycan Avropa Kubokunda 26 cüdoçu ilə təmsil olunacaq

Gürcüstanın Qori şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokunda Azərbaycan 26 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, milli komanda 9 çəki dərəcəsində mübarizə aparacaq. Yarışda 23 kişi və 3 qadın idmançı tatamiyə çıxacaq.

Kişilərdən Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (100 kq) və Qurban Məmmədli (+100 kq) ölkəmizin şərəfini qoruyacaqlar.

Qadınlardan isə Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) yarışda iştirak edəcəklər.

Yığmaya kişilərdən ibarət komandanın böyük məşqçiləri Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Qeyd edək ki, turnir mayın 9-10-da keçiriləcək.







Offside