- Offside
- 17:07 06.05.2026
Bakıda qlobal idman ictimaiyyətinin ən nüfuzlu tədbirlərindən biri olan “SportAccord” Konvensiyasının yeni keçiriləcəyi tarixlər müəyyənləşib.
Bakı Şəhər Halqasından 90deqiqe.Az-a bildirilib ki, 120-dən çox beynəlxalq federasiyanı birləşdirən tədbir gələn il mayın 9–13-də təşkil olunacaq. Tarixlərdə edilən dəyişikliklərə uyğun olaraq, “SportAccord” və Azərbaycandakı tərəfdaşlar konvensiyanın yüksək səviyyədə keçirilməsi məqsədilə sıx əməkdaşlıq ediblər.
Yeni tarixlər çərçivəsində Bakı Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq federasiyalar, ev sahibi şəhərlər, media və yayım tərəfdaşları, eləcə də idman sənayesinin aparıcı nümayəndələri üçün mühüm platformaya çevriləcək.
“SportAccord”un prezidenti Uğur Erdener Bakı ilə bağlı fikirlərini bölüşərək şəhərin bu kimi tədbirlərin təşkili baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və Azərbaycanın nümayiş etdirdiyi əməkdaşlığı yüksək qiymətləndirib.
Gənclər və idman naziri Fərid Qayıbov isə Azərbaycanın “Dünya İdman Paytaxtı” kimi bu mötəbər tədbirə tam hazır olduğunu bildirib və konvensiyanın beynəlxalq idman üçün mühüm mərhələ olacağını qeyd edib.
Qeyd edək ki, daha əvvəl konvensiyanın bu il mayın 24–28-də keçirilməsi planlaşdırılırdı.